Onlayn ictimai-siyasi qəzet
Ucar sakini həyat yoldaşını qətlə yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1995-ci il təvəllüdlü Əliyeva Könül Nəsrəddin qızı kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.
Musavat.com xəbər verir ki, bundan əlavə 1996-cı il təvəllülü Rüfət İlyaszadə Əlimusa oğluna da müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilib.
Hər iki cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyev Anar Möhübbət oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət hadisəsi şəxsi münasibətlər zəmnində baş verib.
Cinayət törtəmiş şəxsin atası İTV-yə bildirib ki, oğlu son zamanlar özündə olmayıb: "Gecələr dururdu və deyirdi ki, mənə nəsə ediblər. Beyninə qeyri-adi fikirlər gəlirdi. Son olaraq mənə dedi ki, evimi yıxanı tapdım".
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ