İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvvəl qonşusunu öldürdü, sonra özünü...

Bərdə sakini qonşusunu qətlə yetirdikdən sonra intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün rayonun Şatırlı kəndində baş verib.

Kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu kəndin kənarındakı əkin sahəsinə çağırıb və orada mübahisə edib. Bu zaman N.Hüseynov Anara yaxın qohumu olan qadınla münasibətinin olmasını bildirərək onu güllələyib. Anar Hüseynov hadisə yerində ölüb.

Daha sonra Namiq Hüseynov kənddə yaşayan qohumuna əkin sahəsində olduğunu bildirib və gəlib onu aparmalarını xahiş edib. Qohumları hadisə yerinə çatanda təxminən 10-15 metr qalmış Namiq Hüseynov tüfənglə qəfil özünə atəş açıb. O da Anar kimi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR