İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlənənlərə şad xəbər - dövlət pul verəcək

 

Türkiyədə evlənəcək və uşaq sahibi olacaq cütlüklər üçün xüsusi dəstək ümumilikdə 545 min lirə təşkil edir.

Musavat.com xəbər verir ki, bu proqram çərçivəsində evlilik və doğum müavinətləri, eləcə də güzəştli kreditlər nəzərdə tutulub.

Əsas məqamlar bunlardır:

Evlilik krediti:

18-29 yaş arasında ailə quran gənclərə 150 min lirə məbləğində faizsiz kredit veriləcək. Kredit iki il güzəştli dövr və 48 aylıq ödəmə ilə geri qaytarılacaq. Aylıq ödəniş məbləği 3125 lirə təşkil edəcək.

Doğum müavinətləri:

İlk uşaq üçün birdəfəlik 5 min lirə ödənəcək.

İkinci uşağa 90 min lirə, üçüncü uşağa isə 300 min lirə dəstək veriləcək.

2025-ci il yanvarın 1-dən sonra doğulan bütün uşaqlar üçün müavinətlər uşaqların 5 yaşına qədər davam edəcək.

3 uşağı olanlar aylıq 6 min 500 TL, 4 uşağı olanlar isə 11 min 500 TL müavinət alacaqlar.

Xüsusi şərtlər:

Müavinətlərdən yararlanmaq üçün valideynlərdən biri Türkiyə vətəndaşı və ya Mavi Kart sahibi olmalıdır.

Ödənişlər ananın hesabına köçürüləcək.

Doğum müavinəti övladlığa götürənlər üçün də keçərli olacaq.

Bu dəstək tədbirləri Türkiyədə ailə qurmağa və uşaq sahibi olmağa təşviqi artırmaq məqsədini daşıyır. 

Mənbə: https://www.sabah.com.tr/trend/galeri/yasam/son-dakika-evlenene-545-bin-lira-destek-kimler-yararlanacak-nereye-basvurulacak-iste-merak-edilen-detaylar

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR