İnsanlara hürriyət, millətlərə istiqlal!

Evindən 13 kq narkotik maddə tapılan şəxs saxlanıldı

Astara sakininin evindən 13 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Emil Zərbiyev saxlanılıb. Onun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 25 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı E.Zərbiyevin üzərindən və yaşadığı evdən ayrı-ayrı bükümlərdə 6 kiloqrama yaxın heroin, 6 kiloqram 481 qram tiryək, 1 kiloqramdan artıq marixuana, 35 qram həşiş qətranı, 31 qram metamfetamin, əlavə olaraq ümumilikdə 68 ədəd narkotik və güclü təsir edən maddə tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR