İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallıdan 20 min rüşvət və digər ittihamlara CAVAB

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı Haqqın.az saytının rəhbəri, jurnalist Eynulla Fətulluyevin onun 20 min manat rüşvət alması iddialarına münasibət bildirib.
Əvvəlcə məlumat verək ki, Eynulla Fətullayev Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən onun vəkili Elçin Sadıqov vasitəsilə 20 min manat aldığını iddia edib və bununla bağlı səsyazısı yayıb. Daha sonra isə paylaşım edərək, pulun qaytarıldığını bildirib.
Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə iddiaları təkzib edib.


Musavat.com xəbər verir ki, Əvəz Zeynallı bu gün “Xural” TV vasitəsilə canlı yayın edib və haqqında səslənən bütün ittihamların cavabını verib.

Əvəz Zeynallı bildirib ki, onun barəsində Eynulla Fətullayev və digərlərinin yazdığı iddialar həqiqəti əks etdirmir. 20 min manat ittihamından danışan Zeynallı deyib ki, "Xural TV-nin redaksiyasına minlərlə şikayətçi gəlir, problemləri işıqlandırılır, bir nəfərdən belə pul almamışıq:

“Xural TV” bu gün vətəndaş şikayətini dərc edən tribunadır. Tək bir vətəndaşdan 1 manat istənilibsə çıxsın, desin. Kim həbsdə olubsa, biz onun yanında olmuşuq. Onların da əksəriyyəti dünən mənə qarşı olan haqsızlığa qarşı çıxdılar. Dedilər ki, Əvəz bəy bizdən bir qəpik də pul almayıb. Rasim Məmmədov Azərbaycanda metallurgiya sənayesinin belini qıran adamdır. Mən bu adamın üzərinə getmişəm, həmişə də gedəcəyəm. Ona qarşı həmişə sərt olmuşam. Son iki məhkəmə prosesi ilə bağlı danışarkən məndə çox mühüm sənədlərin olduğunu demişəm”.

Yuxarıda da qeyd etdiyimiz kimi sosial şəbəkələrdə, bir neçə saytda Əvəz Zeynallının səsyazısı da yayılıb. Həmin səsyazıdan Əvəz Zeynallının kiminlə danışdığı məlum deyil. Eyni zamanda “20 min manat” söhbəti də keçmir. Bu barədə də açıqlama verən Ə. Zeynallı məsələyə bu cür aydınlıq gətirib:

“Səs yazısına gəlincə, əvvəla, Rasimin vəkili Elçin Sadıqov mənim də vəkilimdir, eyni zamanda ailəvi dostumdur. Bir neçə gün əvvəl görüşdük, məndən dəstək istədi və Rasimi “vurma”mağımı xahiş etdi. Elçinə bildirdim ki, Rasim Məmmədovun məhkəməsi mənim üçün prinsipial məsələdir, yüksək gözləntin olmasın, onunla bağlı xəbərləri oxuyacam. Elçin mənə istifadə etmək üçün bəzi sənədlər verdi.
R.Məmmədov haqqında efirdə “dünən fərman verən, bu gün can verir” fikrini işlətmişəm. Ortada Elçin olmasa, daha sərt yazardım. Səs yazısında isə mən "sənədləri geri təqdim edərəm, iadə edərəm" demişəm. Yəni xoşlarına gəlmirsə, sənədləri qaytarım, iadə edim. Hamı qaytar sözünü pulun qaytarılması kimi anlayıb. Mən 20 min manat almışamsa, niyə Rasim Məmmədovu müdafiə etmirdim?!”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR