Onlayn ictimai-siyasi qəzet
Nyu-Yorkda ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı etiraz aksiyaları zamanı onlarla insanı saxlanıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nümayişçilər küçələrə “Cəhənnəm olsun İCE (ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidməti-red.)”, “Burada yeganə qanunsuz olan Trampdır”, “ICE-yə “yox” deyirik” yazılmış plakatlarla çıxıb. Ərazidə gücləndirilmiş hüquq-mühafizə bölmələri yerləşdirilib.
Xüsusilə də polis Trampa məxsus “Trump Tower” göydələninin yaxınlığında bəzi etirazçıları saxlayıb. Onlar binanın foyesinə daxil olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə baxmayaraq, oranı tərk etməkdən imtina ediblər.
Nyu-Yorkdakı bu aksiyalar Los-Ancelesdə (Kaliforniya) etirazçılara dəstək məqsədilə keçirilir. İyunun 6-da orada qanunsuz miqrantların kütləvi saxlanması başlayıb; İyunun 7-də axşam saatlarında ən azı 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham edilərək həbs olunmuşdu. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə nümayişlər və iğtişaşlar başlayıb.
Trampın əmri ilə şəhərə 2 min nəfərlik Milli Qvardiya hərbçiləri yeridilib ki, bu da Kaliforniya qubernatoru Qevin Nyusomun kəskin etirazına səbəb olub. Onun sözlərinə görə, göndərilən hərbçilərdən yalnız 300 nəfəri aktiv fəaliyyətdədir, qalanları dövlət qurumlarının binalarında istirahət edirlər.
ABŞ Müdafiə Nazirliyi qubernatorun etirazına baxmayaraq, Los-Ancelesə 700 dəniz piyadasının göndərilməsinə qərar verib.
Musavat.com
11 Iyun 2025
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ