Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Valyuta Fondu 2022-ci ilin fevralından - Ukraynadakı işğalçı müharibənin başlayandan bəri ilk dəfə Rusiyaya rəsmi missiya göndərəcək.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, BVF ilk böyük beynəlxalq maliyyə qurumudur ki, Rusiya ilə əlaqələri bərpa edir.
Məlumata görə, Beynəlxalq Valyuta Fondunun missiyası sentyabrın 16-da onlayn rejimdə işə başlayacaq və daha sonra nümayəndə heyətinin Moskvaya səfəri gözlənilir ki, burada Rusiya rəsmiləri ilə görüşlər keçiriləcək. Missiyaya argentinalı Jak Minyan rəhbərlik edəcək.
Bir çox Qərb ölkələri Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Rusiyanın BVF-dən çıxarılması ehtimalını gündəmə gətirib. Lakin təşkilatın digər üzvlərinin maneələri səbəbindən bu, mümkün olmadı.
Qeyd edək ki, BVF sanksiyalarla üzləşmiş Rusiya iqtisadiyyatının durumu ilə bağlı “həddən artıq optimist” proqnozlara görə Qərbdə fəal şəkildə tənqid olunur.
Maraqlıdır ki, bundan əvvəl BVF Qərbin Rusiyanın dondurulmuş aktivlərindənUkrayna üçün istifadə etmək planlarına qarşı çıxıb. Buna səbəb kimi “qlobal valyuta sisteminin dağılması” qorxusu göstərilirdi.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ