Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.
Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Musavat.com xəbər verir ki, Ermənistan tərəfinin azad edəcəyi azərbaycanlı əsirlər Bəbirov Aqşinlə Axundov Hüseyndir.
Hüseyn Axundovun anası Şəlalə Axundova Musavat.com-a açıqlamasında Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Çox sevincli olduğunu deyən Şəlalə Axundova həmçinin media nümayəndələrinə də təşəkkürünü bildirib.
Aytən Novruz
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ