İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd və İrana ölümcül cavab – Ağır itkilərlə geri çəkildilər

Bəşər Əsəd rejimi qüvvələrinin Suriya Milli Ordusunun (SMO) Afrinin Basufan kəndindəki cəbhə xəttinə sızmaq cəhdinin qarşısı alınıb.

Musavat.com xəbər verir ki, Hələbin qərbində yerləşən rejim qüvvələri və İranın dəstəklədiyi terrorçu qruplaşmalar gecə saatlarında SMO-ya bağlı “Fəylakül Şam” briqadasının mövqelərinə sızmağa cəhd edib.

SMO-nun cavabı qarşıdurmaya səbəb olub. Çoxlu itki verən qüvvələr geri çəkilməli olublar.

Silahlı qarşıdurmada 6 SMO üzvünün həyatını itirdiyi, 3-nün isə yaralandığını açıqlanıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR