İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd rejimindən qalan QANLI MİRAS - 100 min cəsədin olduğu KÜTLƏVİ MƏZARLIQ

Suriyanın paytaxtı Dəməşqdə 20 metr dərinlikdə kütləvi məzarlıqlar aşkar edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Nəşr yazır ki, Suriyada təxminən 150 kütləvi məzarlıq aşkar edilib. Bu məzarlıqlarda ilkin qiymətləndirmələrə görə, Dəməşqin Hüseyniyyə bölgəsində Əsədin həbsxanalarında öldürülən 75 000 məhbusun cəsədi tapılıb.

ABŞ-da yerləşən Suriya İnsan Haqları Təşkilatının rəhbəri Muaz Mustafa isə Dəməşqin kənarındakı kütləvi məzarlıqlarda devrilmiş prezident Bəşər Əsəd rejimi tərəfindən öldürülən ən azı 100 000 insanın cəsədinin tapıldığını bildirib.

Mustafa Suriya paytaxtından 40 kilometr şimalda yerləşən Qutaifdəki dəfn yerinin, onun illər ərzində aşkar etdiyi beş kütləvi məzarlıqdan biri olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR