Onlayn ictimai-siyasi qəzet
“Ermənistanla Rusiya arasında münasibətlərin soyuması və pozulması bizim maraqlarımıza uyğundur”.
Bu fikirləri Musavat.com-a siyasi şərhçi Azər Hüseynov bildirib.
“Prezident İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlıq və koordinasiyası, İƏT ilə əməkdaşlığın davam etdirilməsi, Rusiya ilə regional tərəfdaşlıq, İranla normallaşma, Avropa ilə iqtisadi əməkdaşlıq fonunda Ermənistanı pat vəziyyətinə salıb. Ermənistan isə siyasi olaraq Qərbə meyl edir, Hindistanla oynayır. Bu baxımdan hər nə olursa, bizim xeyrimizədir”, - şərhçi qeyd edib.
Ekspert əlavə edib ki, Azərbaycan regiona önəm verir, ermənilər isə uzaqdan mədət umur: “Paşinyan devriləsi deyil, bunun üçün sosial əsas yoxdur. Ermənilər Qarabağ klanından da bezib. Ermənistan “aqoniya”dadır. Bunu biz istifadə edərək onu özümüzə və Türkiyəyə möhtac etməliyik. Bu cür davam etsək, bir gün Paşinyan xilası ancaq Türk İslam Birliyinə sığınmaqda görəcək”.
Afaq Mirayiq,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ