Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Tavuş istiqamətində Azərbaycanla sərhəd hissəsinin delimitasiyası ilə bağlı sənədin olub-olmamasıyla bağlı suala müsbət cavab verməyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında danışıb.
Erməni nazirin sözlərinə görə, proses davam edir, onu sona qədər başa çatdırmaqdan başqa yol yoxdur.
Qalyanın bildirdiyinə görə, Ermənistanda hakim partiya sülhə nail olmaq üçün tutduğu kursdan yayınmaq niyyətində deyil və buna görə də delimitasiya prosesi davam etməlidir.
Konkret sahə ilə bağlı sənədin olub-olmamasıyla bağlı suala cavab olaraq nazir bildirib ki, proses başa çatdıqdan sonra ikitərəfli, o cümlədən sərhədlərlə bağlı razılaşmalara ehtiyac olacaq.
Musavat.com
15 Yanvar 2025
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ