Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın dövlət borcu 12 milyard dolları keçib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” müxalifət blokundan olan deputat Artur Xaçatryan öz feysbuk səhifəsində yazıb.
“Əziz həmvətənlər, hökumətin yorulmaz və milli xilaskar fəaliyyəti nəticəsində iyunun 1-nə Ermənistan Respublikasının dövlət borcu 12 milyard dollar həddini keçib. Bu rəqəmi əhaliyə bölməyə çalışsanız, hər birimizin dövlət borcunda payımız 4 min dollardan çox olacaq. Növbəti dəfə onlar sizi uçan asfaltla heyran etməyə çalışanda bu rəqəmləri xatırlayın”, - deyə Xaçatryan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ