İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Baş Qərargah rəisindən KTMT açıqlaması: “Dövlət sirridir...”

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının nəticələri ilə bağlı məlumatlar tamamilə məxfidir”.

Musavat.com xəbər verir ki, bunu media üçün brifinqdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan deyib.

“Biz hələ KTMT-ni tərk etməmişik. Təşkilatdan çıxmağın nə ilə nəticələnəcəyi dövlət sirridir”.

Jurnalistin KTMT daxilində birgə strukturların olması ilə bağlı sualına Asryan belə cavab verib: “Bu strukturlar ancaq kağız üzərində mövcuddur”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 22-də “France 24” telekanalına müsahibəsində ölkənin KTMT-də iştirakının “dondurulduğunu” açıqlayıb. Lakin sonradan Kreml bununla bağlı İrəvandan heç bir rəsmi bildiriş daxil olmadığını qeyd edib.

Bununla belə, fevralın 28-də parlament qarşısında çıxış edən Nikol Paşinyan vurğulayıb ki, Ermənistanın təşkilatdakı iştirakı de-fakto “dondurulub” və KTMT ölkənin təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməməkdə davam edərsə, Ermənistan üzvlüyü de-yure “dondurmağa” hazırdır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR