İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın balans siyasətini çiynində daşımağa gücü varmı?- İrəvanın hərəkətləri həm Qərbdə, həm də Moskvada sadəcə ikrah doğurur

Xəbər verdiyimiz kimi, bu ilin mart ayının 28-də Türkiyənin “Haber Global” telekanalı kəşfiyyat məlumatlarına istinadən, Rusiyanın 2019-cu ilin sonlarında Ermənistana hədiyyə etdiyi 4 ədəd müasir “Su-30M” təyyarələrindən Ukrayna səmalarında, Ukrayna şəhərlərini bombalamaq üçün istifadə olunacağı barədə məlumat yaymışdı.

Xəbərdə həmin təyyarələrin erməni pilotar tərəfindən idarə edildiyi xüsusi vurğulanıb. Bu isə əslində Ermənistanın rəsmi olaraq Rusiyanın tərəfində Ukraynaya qarşı müharibəyə qoşulması anlamına gəlir.

Rusiya indiyə qədər Ukrayna səmalarının NATO qırıcıları və Hava hücumundan müdafiə sistemləri tərəfindən qapanması mövzusuna olduqca həssas yanaşır. Hətta buna görə rəsmi kanallar və yerli media vasitəsilə Qərbi nüvə müharibəsi ilə hədələməkdən çəkinmir.

Bu gün Rusiya Ukraynada öz ordusu ilə təkbaşına döyüşür. Hətta Rusiyaya çox yaxın hesab edilən Qazaxıstan qəti surətdə Ukraynanın ərazi bütövlüyünü tanıdığını və heç bir halda bu macəraya qoşulmayacağını bəyan edib. Belarus isə öz ərazisini Rusiya qoşunlarının ixtiyarına verməsinə rəğmən bu vaxta qədər öz ordusunu və hərbçilərini Ukrayna torpaqlarına göndərməyib. Putin rejimi bütün cəhdlərinə rəğmən KTMT-ni hərbi alyans olaraq savaşa qatmağa müvəffəq ola bilməyib.

Belə olan halda Ermənistanın KTMT-nin hər hansı sanksiyası olmadan savaşa qatılması barədə xəbərlər rəsmi İrəvanı və hətta Kremli olduqca pis vəziyyətdə qoyub. Çünki gələn informasiyalara əsasən, Moskva bu cür önəmli hadisənin həm də media yolu ilə açıq şəkildə yayılmasından qəzəblidir və buna görə İrəvandan izahat tələb edir.

Məhz bu səbəbdən erməni tərəfi tələm-tələsik xəbəri təkzib etməklə məşğul olub. Buna görə Avropa İttifaqı və NATO-ya üzv ölkələrin Ermənistanda akkreditə olunmuş hərbi attaşeləri Ermənistanın Müdafiə nazirliyinin bazasına dəvət edilib. Burada xarici qonaqlara 4 Su-30SM təyyarəsinin hamısının yerində olduğu göstərilib. “Haber Global” İrəvanın bu yalanı da ifşa edib və erməni pilotların istifadə etdiyi 4 ədəd “SU 30M” təyyarələrinin mart ayının 23-də saat 12:50-də havaya qalxaraq, 13:14-də hədəf nöqtəyə - Rusiyaya çatdığını göstərən kadrları nümayiş etdirib. Ermənistanın NATO attaşelərinə göstərdiyi təyyarələrin isə Suriyadan gətirildiyi ortaya çıxıb.

İndi Rusiya mətbuatı qırıcıların Qərbin diplomatik nümayəndələrinə nümayiş olunmasının Moskvada narazılıqla qarşıladığını yazır. Yuxarıda qeyd olunduğu kimi, İrəvanın məxfi informasiyanın sızdırılmasına görə izahatını gözləyən Kreml Paşinyan hökumətinin əksinə, Qərbin qarşısında hesabat verməsini və özünü Ukraynadakı müharibədən uzaq tutmaq cəhdini qəzəblə qarşılayıb.

Üstəlik, bu ilin mart ayının 29-da, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinin Şimali Atlantika Alyansının “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakı çərçivəsində yardım üçün Brüsselə müraciət etməsi xəbəri, necə deyərlər, “odun üstünə yağ töküb”.

Qeyd etmək lazımdır ki, həmin proqrama əsasən, ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə birbaşa təhlükə yarandıqda onun iştirakçıları NATO-ya üzv ölkələrlə məsləhətləşə bilərlər. Vaxtilə 2008-ci ildə Gürcüstan Rusiyaın işğalına məruz qalanda bu müraciəti həyata keçirib.

Lakin Ermənistanın timsalında vəziyyət olduqca simptomatik və hətta məzəli görünür. Ona görə ki, burada Qərbin hərbi-siyasi blokuna müraciət edən bir KTMT üzvündən danışırıq. Bundan başqa, Ermənistan Moskvada strateji müttəfiq kimi qəbul edilir. Rəsmi İrəvan hər dəfə Putini Ermənistan və Rusiyanın tərəfdaş və müttəfiq olduğunu israrla vurğulayır.

Rusiya mediası isə müraciəti Ermənistanın Moskvaya arxadan yeni zərbə endirməsi kimi dəyərləndirib. Üstəlik, bütün bunlar, Rusiya ilə NATO arasındakı az qala müharibə səviyyəsinə çatdığı bir vaxtda baş verir.

Ermənistanın Qarabağın ərazi mənsubiyyəti məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini düşünərək başqa güc mərkəzlərinin dəstəyini almağa çalışması, görünür, Kremlin səbir kasasını daşırıb.

Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında Brüsseldə keçiriləcək görüş ərəfəsində Emərnistan müxalifətinin aprel ayınn 5-də Azadlıq meydanına mitinq təyin etməsi bunu göstərir.

Ermənistanın “Hraparak” qəzeti əvvəl iki ölkə liderinin Moskvada görüşəcəyi barədə şayiələrin dolaşdığını, lakin sonradan bunun təsdiqlənmədiyini yazıb.

Çünki cəmi bir neçə həftə bundan öncə Nikol Paşinyan aprel ayında Moskvaya rəsmi səfərə gedəcəyini bildrimiş, hətta bunun üçün aprel ayının 9-u kimi konkret tarix də müəyyənləşdirilmişdi. “Hraparak” Əliyev-Paşinyan görüşünün həm əvvələ, yəni aprel ayının 6-na çəkilməsinin, həm də Brüsseldə keçrilməsinin Moskva üçün gözlənilməz olduğunu yazıb.

Görünür, bu səbəbdən Kreml Ermənistandakı daxili resurslarınıı da hərəkətə keçirib. Ermənistan müxalfəti yenə də Brüsseldə Azərbaycanla razılaşmaların əldə olunacağından və nəticədə Rusiyanın İrəvana qarşı “sanksiyalarının” daha da sərtləşəcəyindən danışır.

Bütün bunlara baxıldıqda Ermənistanın son diplomatik gedişlərini “avantüra” adlandırmaqdan başqa yol qalmır. Qarabağda vəziyyəti hər nə yolla olursa-olsun, öz xeyrinə düəzltməyə çalışan İrəvan bir yandan Rusiya sülhməramlılarından hər vəchlə mədət umur. Amma digər yandan artıq bölgəyə Rusiyadan başqa beynəlxalq güclərin “sülhməramlıların” gətirilməsi barədə çağırışlar edilməsinə şərait yaradır. Bir tərəfdən Rusiyaya Qazaxıstan və Belarusun belə özlərinə rəva görmədiyi “hədiyyələr” verir və “Su-30”larla Ukraynaya döyüşə qatılır. Digər tərəfdən bunu inkar etmək məqsədilə Qərbə izahat vermək məcburiyyətində qalır.

İrəvanın bu cür “başgicəlləndirici” diplomatiyası və hər kəsi “yola vermək” siyasəti hazırda üz-üzə gələn iki qütbün təmsilçilərində ikrah doğrumaya bilməz. Bunu həm Qərbin Ermənistana və onun himayə etdiyi “Artsax” teror təşkilatına etdiyi yardımları azaltmasında, həm də ruspərəst müxalifətin İrəvanda mitinqlərə başlamaq niyyətində açıq görmək mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR