Onlayn ictimai-siyasi qəzet
"İrəvanla Bakı arasında sülhün tam olmasından çıxış etsək, bunun üçün bütün məhbusların qaytarılmasını təmin etmək lazımdır. Azərbaycandan erməni əsirlərin qaytarılması Ermənistan hakimiyyəti üçün prioritet olaraq qalır".
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O qeyd edib ki, məhbusların qaytarılması məsələsi Azərbaycan tərəfi və beynəlxalq tərəfdaşlarla daim müzakirə olunur və bu istiqamətdə fəal iş aparılır. Qriqoryana görə, bu məsələni sülh müqaviləsinin imzalanması ilə əlaqələndirmək düzgün deyil, çünki erməni tərəfi hesab edir ki, məhbuslar tez bir zamanda qaytarılmalıdır.
O qeyd edib ki, ölkələr arasında sülh hərtərəfli olmalıdır və məhbusların qaytarılması bu prosesin tərkib hissəsidir.
Qeyd edək ki, Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan hazırda DTX İstintaq təcridxanasında saxlanılır. Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
Afaq,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ