Onlayn ictimai-siyasi qəzet
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat yayıb.
Qeyd edək ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı xaric, Rusiyanın öndə olduğu beynəlxalq platformaların demək olar ki, hamısını boykot edib.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ