Onlayn ictimai-siyasi qəzet
“Biz bura onlara vaxt vermək üçün gəlmişik. Onlardan hər hansı biri düşünürsə ki, ölən əsgərlərin işi bağlanmalıdır, təəssüf ki, yanılırlar”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanda Azat kəndində yanğın zamanı həlak olan əsgər Ayk Kirakosyanın atası Qabriel Kirakosyan tərəfindən səslənib.
“İstəsələr də, istəməsələr də, məsələ həll olunmalıdır. Mən isə övladımın onların rəhbərliyi altında öldüyünə görə qisas alacağam. Mayın 10-na qədər vaxt veririk ki, onlara lazım olan hər kəsi nəzarətə götürsünlər. Adlarını sadalaya bilərəm, amma bəzi şeyləri nəzərə alaraq adlarını çəkmirəm. Əgər ayın 10-da keçirilən prosesdə bilsək ki, bu şəxslərə qarşı cinayət işi açılmayıb, bütün digər valideynlər, qohumlar bizə qoşulacaq, yumşaq desək, onlara narahatlıq yaradacağıq. Qoy özlərinə gəlsinlər. 15 oğlanı öldürmək zarafat deyil”, - deyə ölən əsgərin atası bildirib.
Xatırladaq ki, 2023-cü il yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin “n” saylı hərbi hissəsinin Geqarkunik rayonunun Azat kəndində yerləşən mühəndis şirkətinin sığınacağında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi həlak olub. Rəsmi versiyaya görə, faciəyə səbəb odun sobası ilə davranışda təhlükəsizlik qaydalarının pozulması olub.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ