Onlayn ictimai-siyasi qəzet
Müğənni Əminə Şirin “Rəngarəng” verilişini tərk edib.
Musavat.com xəbər verir ki, proqramda qonaq olan Əminə eks həyat yoldaşı Kazımcanın efirə qoşulması səbəbindən canlı efiri tərk edib.
O bildirib ki, Kazımcan haqqında danışmaq istəmir.
Daha sonra efirə qayıdan sənətçi yalnız qızının atasını sevdiyini qeyd edib:
"Mən bu günə kimi, həyatım boyunca yaşadığım müddətcə uşağımın atasını sevmişəm. Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsmi nikahla ailə həyatı qurmuşam.Tək və son sevgim qızım Fatimənin atası olub. O da bu yaxınlarda rəhmətə gedib. Allah rəhmət etsin".
Qeyd edək ki, Əminənin ikinci evliliyi keçmiş prokuror Rəşid Həsənovun oğlu ilə olub. Cütlük həbsxanada ailə qurub.
Könül
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ