Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda olan və 11 vilayəti viran qoyan zəlzələdən sonra yaralar sağalmağa başlayır. Əsrin fəlakətinin yaşandığı şəhərlərdəki evlər qısa zamanda tamamlanaraq sahiblərinə təhvil verilməyə hazırlanır.
Musavat.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, 19 iyunda Kahramanmaraşın Azərbaycan məhəlləsində Azərbaycan hökuməti və TOKİ-nin birgə əməkdaşlığı ilə tikilən evlərin təhvil verilməsi mərasimi keçiriləcək.
Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iştirak edəcək.
“Daha Güclü Gələcək üçün Birlikdə” mövzusunda keçiriləcək mərasimdə Azərbaycan hökuməti və TOKİ-nin əməkdaşlığı ilə tikilən evlər sahiblərinə təhvil veriləcək.
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ