İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistanda Qarabağın keçmiş erməni sakinləri üzərindən biznes qurulur" – Babayan

Qarabağda vaxtilə mövcud olmuş qondarma qurumun “Təhlükəsizlik Şurasının” katibi olmuş Samvel Babayanın mətbuat xidməti bəyanat yayıb.

Musavat.com-un xəbərinə görə, Ermənistan mətbuatında yayılan bəyanatda bildirilir ki, son vaxtlar mətbuatda və sosial şəbəkələrdə Samvel Babayanın guya Qarabağa qayıtmaq istəyən keçmiş erməni sakinlərin siyahısını tutduğuna dair məlumatlar yayılır:

“Problemin həssaslığını və ictimai-siyasi dairələrin bundan qazanc əldə etmək istəyini nəzərə alaraq bildiririk ki, Samvel Babayan nə təkbaşına, nə də birgə belə işlə məşğuldur. Əvəzində o, Dağlıq Qarabağın statusu və erməni əhalisinin geri qaytarılmasına dair hərtərəfli yanaşmaları Artsax Respublikasının nümayəndəlik orqanının və hökumətinin müzakirəsinə təqdim etdi. Bu yanaşmalara uyğun olaraq, ona Dağlıq Qarabağın statusu və erməni əhalisinin qaytarılması ilə bağlı Azərbaycan tərəfi ilə birbaşa danışıqlar aparmaq səlahiyyətinin verilməsi ilə bağlı müvafiq işçi qrupunun yaradılması təklif edilib”.

Bəyanatda o da qeyd olunur ki, Samvel Babayan həmçinin Qarabağın keçmiş erməni sakinlərinin siyahılarının tərtibi ilə məşğul olan qrupların biznes fəaliyyəti haqqında məlumatlara malikdir: “Bununla əlaqədar, o, hüquq-mühafizə orqanlarını bu istiqamətdə müvafiq işlər görməyə və Artsaxdan olan həmvətənləri özlərini xilaskar adlandıranların yalan vədlərinə inanmamağa və onların biznes fəaliyyətlərinə töhfə verməməyə çağırır”.

Qeyd edək ki, ötən gün mediada Qarabağın keçmiş erməni sakinlərinin geri qaytarılması məqsədilə yaradılmış komissiyanın bəyanatı dərc olunmuşdu. Komissiyanın işini Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan koordinasiya edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR