Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan tezliklə yeni müxalifət hərəkatının başladığını, həmçinin sentyabrda keçiriləcək İrəvan Ağsaqqallar Şurasının seçkilərində iştirakla bağlı qərarını elan edəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Past” qəzeti məlumat yayıb.
“Bizdə olan məlumata görə, Arman Totayanın namizədliyini irəli sürməklə bir sıra müxalif siyasi qüvvələr yeni siyasi qütb yaratmaq istəyirlər. Üstəlik, mənbələrimizə görə, artıq bir neçə müxalif siyasi qüvvə Tatoyanı dəstəkləməyə hazırdır. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın da onun namizədliyinə müsbət yanaşdığına dair xəbərlər gəlir”, - deyə, yazıda bildirilir.
Bundan başqa, Arman Tatoyana Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan da qoşulub. "Onun qardaşı iş adamı Barseq Beqlaryana məxsus “Araratbank” ASC-nin idarə heyətinin sədridir”, – deyə, xəbərdə qeyd olunur.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ