İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Ohanyanın əlindən alınan torpaq sahəsi dövlətə qaytarıldı

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı iş üzrə müsadirə edilən keçmiş “Erasx-2” hərbi hissəsinin ərazisi Respublika Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi yanında Dövlət Əmlak Komitəsinə verilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda müvafiq qərar qəbul edib.

Dekabrın 11-də Ararat rayonunun Armaş kəndində yerləşən bu sahə rəsmi olaraq dövlətin balansına qaytarılıb.

Qeyd edək ki, məsələ ilə bağlı Emrənistan hökumətinin əvvəlki iclasında baş prokuror Anna Vardapetyan çıxış edib. Onun sözlərinə görə, 2009-cu ildə “Erasx-2” sahəsi Armen Gevorkyan (Müdafiə Nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi şöbəsinin keçmiş rəisi) ilə əlaqəli vətəndaş Norayr Karapetyana satılıb.

Torpaq sahəsi və tikililər təqribən 7,6 milyon dram (indiki məzənnə ilə təxminən 19 min dollar) dəyərində qiymətləndirilsə də həmin vaxt dəyərindən üç dəfə ucuz (6 min dollar) alınıb.

2023-cü ilin sentyabrında Karapetyanla qarşılıqlı razılaşma əsasında alqı-satqı müqaviləsi ləğv edilib, bundan sonra torpaq sahəsi dövlətə qaytarılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR