Onlayn ictimai-siyasi qəzet
Estoniya NATO Nizamnaməsinin 4-cü maddəsinə istinadən və təhlükəsizlik məsələsi ilə bağlı müttəfiqləri ilə məsləhətləşmələr tələb etmək niyyətindədir.
"Report"un xəbərinə görə, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, sentyabrın 19-da səhər saatlarında Rusiyanın 3 MiQ-31 qırıcısı Estoniyanın hava məkanını pozub. NATO qırıcıları cavab verib və Rusiya təyyarələri ölkənin səmasını tərk edib.
"Belə pozuntu tamamilə qəbulolunmazdır", -Mixal qeyd edib.
Daha əvvəl Rusiyanın üç MiQ-31 qırıcısının Estoniya sərhədini pozduğu və Estoniyanın hava məkanında 12 dəqiqə qaldığı bildirilirdi. Uçuşun Baltik dənizindəki Polşanın Petrobaltik neft platforması üzərindən həyata keçirildiyi xəbər verilib.
20 Sentyabr 2025
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ