Onlayn ictimai-siyasi qəzet
        Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirəcəyi görüşün detalları barədə açıqlama verib.
Ərdoğan bildirib ki, görüşdə əsasən ticarət, investisiya və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Türkiyə lideri həmçinin qeyd edib:
“Prezident Tramp ilə edəcəyimiz görüşün, ortaq qlobal sülh vizyonumuz çərçivəsində, bölgəmizdəki müharibə və münaqişələrin dayandırılmasına töhfə verəcəyinə inanıram”.
Görüşün 25 sentyabrda Ağ Evdə baş tutması gözlənilir.
Musavat.com
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ