İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müqavimət hərəkatı yalnız bu halda bitəcək – Saqatelyan ŞƏRTİ AÇIQLADI

“Nikol Paşinyanın gedəcəyi gün uzaqda deyil”.

Konkret.az erməni mediasına istinadən xəbər verir ki, bu fikiri Müqavimət Hərəkatının liderlərindən biri, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan səsləndirib.

O bildirib ki, Müqavimət Hərəkat yalnız Paşinyan hakimiyyətdən getsə, bitəcək. Siyasətçinin sözlərinə görə, mübarizə üçün bütün zəminlər yaradılıb, ölkədə vəziyyət dəyişib, böhran göz qabağındadır.

O, Hərəkatın strategiyasını dəyişdiyini deyib: “Geri çəkilmə olmayacaq, mübarizəmizi davam etdirəcəyik. Əmin olun, bu mübarizə qələbə ilə taclanacaq”, – Saqatelyan vurğulayıb.

İşxan Saqatelyan bildirib ki, hakimiyyət xalqı aldatmaqda və çaşdırmaqda, türk əsilli oliqarxların media resurslarından yararlanmaqda davam edir. O, Paşinyanın dövründə yeni növbədənkənar seçkilərin keçirilməsinə münasibət bildirib və bunu istisna edib. Böhranın həlli üçün belə variantla razılaşmayacaqlarını dilə gətirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR