İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda medianı cəzalandıran hakim yüksək vəzifə aldı

Ermənistan Xüsusi İstintaq Xidmətinin keçmiş rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryanın “Joxovurd” qəzetinə qarşı qaldırdığı iddianı təmin edən hakim buna görə mükafatlandırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə qəzetin özü məlumat yayıb.

“Guya ölkədə korrupsiya və əmlakın qanunsuz yollarla əldə olunması ilə mübarizə aparan Sasun Xaçatryanın öz əmlaklarının haradan gəldiyini əsaslandıra bilməyib. Halbuki onun Moskvada başqa şəxslərin adına rəsmiləşdirilmiş avtomobilləri və digər daşınmaz əmlakının olması barədə xəbərlər var.

Biz Xaçatryanı qeyri-qanuni mənşəli daşınmaz əmlakla bağlı işlərdə olduğu kimi, heç bir mülkü olmadığını sübut etməyə dəvət etdik. O isə əvəzində “böhtan xarakterli məlumatın təkzib edilməsi və 2 milyon dram (5 min ABŞ dolları) təzminat ödənilməsi tələbi ilə” məhkəməyə müraciət edib.

Birinci instansiya İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Sergey Saakyan Sasun Xaçatryanın iddiasını təmin etməklə bərabər Xaçatryanın əvəzinə bizim nəşrimizlə bağlı sübutlar topladı ki, bu da qanunun, hakimin etikası və davranış kodeksi qaydalarının kobud şəkildə pozulmasıdır”,-deyə qəzet yazıb.

Qəzetin yazdığına görə, hakim Saakyanın əsassız və qanunsuz qərarı ilə bağlı Ermənistan Respublikasının ədliyyə nazirinə intizam icraatının başlanması xahişi ilə müraciət olunsa da müraciət cavabsız qalıb, əvəzində Sergey Saakyan buna görə mükafatlandırıb.

“Ermənistan Respublikası prezidentinin fərmanı ilə Saakyan Mülki Apellyasiya Məhkəməsinin hakimi təyin edilib”, – deyə “Joxovurd” qəzeti yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR