Onlayn ictimai-siyasi qəzet
Ermənistanda “İqtisadi Hüquq Mərkəzi” ictimai təşkilatının rəhbəri Movses Aristakesyan Avropa İttifaqı-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi vətəndaş cəmiyyəti platformasının üzvlərinin seçilməsi üzrə müsabiqənin nəticələri ilə bağlı bəyanat yayıb. Burada o, Ermənistanda QHT sektorunda baş verən korrupsiyaya diqqət çəkib.
Musavat.com xəbər verir ki, bu barədə yerli “İravunk” qəzeti məlumat yayıb.
“Müşahidələrin nəticələrinə görə, müsabiqənin təşkili və keçirilməsi zamanı bəzi nöqsanlara və səhvlərə yol verilib ki, bu da qəsdən, hətta ayrı-ayrı qrupların yönləndirdiyi korrupsiya əməkdaşlığı kimi də qiymətləndirilə bilər.
Aristakesyan bildirib ki, onların təşkilatı müsabiqədə seçici kimi iştirak edib və həm müsabiqənin təşkilinə, həm də keçirilməsinə nəzarət edib. Aristakesyan açıqlamasında mövcud sui-istifadə hallarını bənd-bənd sadalayıb”, - deyə qəzet xəbər edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ