İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda keçmiş prokurorun cəsədi tapılıb

 

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Geqarkunik vilayətinin keçmiş prokuroru Karen Xaçatryanın cansız cəsədini aşkar ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ilkin versiyaya görə, o, evinin otağına təzəcə aldığı tapançanı təmizləmək üçün girib. Bir az sonra atəş səsi eşidilib, bundan sonra onun meyiti tapılıb.

Faktla bağlı intihar faktı ilə cinayət işi açılıb. Erməni mətbuatı hələlik bunun səhlənkarlıq ucbatından baş verdiyini bildirir.

Xatırladaq ki, Xaçatryan ötən il tutduğu vəzifədən azad edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR