İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda keçmiş deputat prokurorluğa çağırıldı-Qanunsuz əmlaka yiyələnibmiş


Ermənistan Baş Prokurorluğunun Qanunsuz mənşəli əmlakın müsadirə edilməsi idarəsi daha bir keçmiş deputatın mülkünə əl qoymağa hazırlaşır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, parlamentin “Çiçəklənən Ermənistan” partiyasından olan sabiq deputatı Abram Manukyana, onun iki oğlu Artur və Akop Manukyana, həyat yoldaşı Aida Manukyana bildiriş göndərilib.

Xatırladaq ki, Abram Manukyan 2020-ci ilin iyununda həbs edilib. O, rüşvət alma və rüşvət verməyə təhrik etmədə ittiham olunub. Sabiq deputat daha sonra sərbəst buraxılıb.

Yerli mətbuatın məlumatına görə, Manukyanın həbsi “Concern Multi Group” MMC-nin baş direktoru Sedrak Arustamyanın cinayət işi ilə bağlı olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR