Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının deputatları yay tətilini partiya işi ilə birləşdirməyə qərar veriblər. Növbəti parlament seçkilərinə iki il qalsa da, seçkiqabağı təşviqat artıq indidən başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
“Hakim partiyadan olan deputatlar baş nazir Nikol Paşinyandan geri qalmır və fəal şəkildə bölgələrə səfər edir, sakinlərlə görüşür, məktəblərə baş çəkir və orada görülən işlərlə tanış olurlar. İqtidar deputatı Ovik Ağazaryan bu məlumatları təsdiqləyib. “Hökumət və deputatlar ayrı-ayrılıqda çalışır. Bölgələrə səfərlər kampaniyanın tərkib hissəsidir”, - deyə Ağazaryan bildirib”, - məlumatda deyilir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ