İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “bədəlli əsgərlik” layihəsi parlamentdən geri çəkildi

Erməni deputatlar Ermənistan Respublikasının dövlət büdcəsinə müəyyən məbləğin ödənilməsi müqabilində hərbi xidmətdən azad edilməni və ya müddətin azaldılmasını nəzərdə tutan qanun layihəsini parlamentin gündəliyindən çıxarıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, qanunvericilik təşəbbüsü hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Ayk Sarkisyana məxsus olub.

Layihəyə görə, yaşı 27-dən yuxarı olan vətəndaşlar 2,5 milyon dram (təxminən 6,2 min dollar) ödəyərək iki il deyil, 12 ay; 5 milyon dram (təxminən 12,4 min dollar) ödəyib 6 ay; 10 milyon dram (25 min dollar) ödəyərək 1 ay xidmət edə və ya 15 milyon dram (təxminən 37,5 min dollar) ödəmə ilə xidmətdən tamamilə yayına bilərdi.

Görünür, Ermənistanda bu imkandan yararlanmaq istəyənlərin sayı nəzərdə tutulanın qat-qat üzərində olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR