Onlayn ictimai-siyasi qəzet
“Ermənistanı zəbt edən qrupun (Paşinyan iqtidarını nəzərədə tutur-red.) apardığı siyasəti iki sözlə xarakterizə etmək olar – denasifikasiya və demilitarizasiya”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli politoloq Stepan Danielyandır.
“Başqa sözlə desək, Rusiyanın Ukraynada uğursuzluğa düçar olduğu, ABŞ-ın Yaponiyada, Almaniyada və bütün Qərbi Avropada müvəffəqiyyətlə həyata keçirdiyi şey budur.
Bu təslim olmuş xalqlarla məhz belə edilir. Lakin bütün intriqa ondan ibarətdir ki, Ermənistanda bu siyasət 2020-ci il müharibəsindən sonra deyil, 2018-ci il sui-qəsdindən başlayıb”,-deyə Danielyan yazıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ