İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana son şans - Bakı ilə barışıq üçün 6 aprel fürsəti də qaçırılsa...

Kapitulyant ölkənin ordu saxlamasına gərək qalmaya bilər; Paşinyan bir ildir “sülh üçün yeni era” deyir, amma köhnə gündəmlə yaşayır; Brüsseldə onu başa salacaqlar ki...

Ukrayna böhranının necə bitməsindən asılı olmayaraq, Ermənistanın hazırkı “izqoy” statusdan qurtulmasının tək yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir və keçəcək. İstənilən halda qərarı rəsmi İrəvan verməlidir.

Əgər o, özünə qarşı Ukraynadakı qanlı olayların bənzərini  arzulamırsa, o zaman yol bəlli: Bakının 5 bəndlik barışıq təklifi masada. Erməni tərəfi hansı oyundan çıxır-çıxsın, enində-sonunda həmin təklifi qəbul eləməli olacaq. Ona görə ki, zaman ona işləmir. Əsas qonşuları ilə anlaşmanı ləngidən Ermənistan uçurumun dibinə doğru uçuşunu davam etdirir.

Əfsuslar olsun ki, kapitulyant ölkədə Azərbaycana qarşı revanşist-radikal ovqat, “bəlkə də qaytardılar” sevdası hələ də kifayət qədər güclüdür. Belə əhval az və ya çox dərəcədə Paşinyan komandasında da vaxtaşırı özünü göstərir. Rəsmi İrəvan heç cür müharibə səhifəsini çevirib qabağa baxa bilmir. Hərçənd baş nazir Nikol Paşinyan bir ildən çoxdur ki, “sülh üçün yeni era” elan elədiyini deyir. Di gəl, köhnə gündəmlə yaşayır.

Məsələn, “yeni era”da keçmişin qalığı olan ATƏT-in Minsk Qrupunun nə işi? Bu üzdəniraq, özünü ifşa eləmiş və qərəzli bir qurum Azərbaycanla Ermənistan arasında ədalətli sülh anlaşmasına necə yardımçı ola bilər? Nədən rəsmi İrəvan onu israrla prosesə cəlb eləməyə çalışır? Ona görə ki, “status” məsələsini danışıqların hansısa mərhələsində və hansısa formada müzakirə masasına qaytarmağa ümid edir. Son vaxtlar Qarabağda erməni separatçı ünsürlərin xeyli fəallaşmasının, silahlanmasının əsas motivi də məhz “artsax mövzusu”nu gündəmdə saxlamaq, Azərbaycana təzyiq eləməklə bağlıdır.

Ancaq bunlar əbəs cəhdlərdir. Birinci o səbəbə ki, nə 10 noyabr (2020) üçtərəfli kapitulyasiya sənədində, nə 11 yanvar (2021) üçtərəfli Moskva anlaşmasında, nə də 26 noyabr üçtərəfli Moskva (2021) və 14 dekabr (2021) Brüssel bəyanatlarında heç bir “artsax” adı-filan çəkilmir, “status”dan danışılmır.

10 noyabr bəyanatında hansı bəndlər yerinə yetirilməyib, öhdəliklərin "vaxt  limiti" varmı? 5 suala cavabda - BBC News Azərbaycanca

İkinci yandan, Azərbaycanın kifayət qədər hərbi, iqtisadi, siyasi gücü var ki, belə destruktiv səyləri çevik və effektiv şəkildə önləsin, İrəvanı xüsusən də kapitulyasiya sənədinin 4-cü bəndini - qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının ərazimizdən çıxmasını nəzərdə tutan bəndini reallaşdırmağa məcbur eləsin. Oradakı separatçı ünsürlərin özbaşınalığına birdəfəlik son qoysun. Sadəcə, Bakı daha uyğun şərtin yetişməsini gözləyir. Bunu az-çox ağlını itirməyən erməni təhlilçilər də görürlər.                 

“Əgər hadisələrin məntiqini düzgün başa düşürəmsə, tezliklə ”artsax müdafiə ordusu" ləğv olunacaq və onun funksiyalarının bir hissəsi yerli polisə, ya “milli təhlükəsizlik xidməti”nə, ya da “fövqəladə hallar nazirliyi”nə veriləcək və ya onların arasında bölünəcək" (Dırnaqlar bizimdir - red.).

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni politoloq Arqişti Kiviryan özünün Facebook səhifəsində yazıb.

Erməni politoloq: “Gələcəkdə Türkiyənin Cənubi Qafqazda rolu artacaq” »  Azmarka.az

 Arqişti Kiviryan

Proqnozun birinci hissəsi düzdür. Amma ləğv ediləcək qondarma ordu heç bir halda qanunsuz yerli “polis” və ya saxta “milli təhlükəsizlik xidməti”, yaxud “fövqəladə hallar nazirliyi” arasında bölüşdürülməyəcək. Çünki onlar da buraxılacaq. Qarabağda ermənilərin heç bir “nazirliyi”, “polis qüvvələri” mövcud ola bilməz. Bütövlükdə kriminal rejimin özü de-montaj olunacaq. Oradakı güc strukturları isə əlbəttə ki, müstəsna olaraq, Azərbaycan Konstitusiyası və qanunları əsasında təzədən formalaşdırılacaq.

Ermənistan bu qaçılmaz gerçəyi nə qədər tez anlasa və separatçılara da anlatsa, bir o qədər erməni xalqının faydasına olar, nədən ki, o zaman üzücü qeyri-müəyyənlikdən və yeni müharibə təhlükəsindən, zülm-zillətdən daha tez qurtular. Ermənistan dövlətçiliyi isə heç olmasa hansısa real məzmun qazanar. Ona qədər, yəni öz ambisiyalarının əsiri olan, boyundan yuxarı tullanıb əsassız tələblər irəli sürməyə, gündəm formalaşdırmağa səy edən məğlub ölkəni heç kim ciddiyə almayacaq.

“Ermənistan artıq etibarlı tərəfdaş hesab edilmir. Bu, həm indiki iqtidara, həm də müxalifətə münasibətdə yaranan inamsızlıqdan irəli gəlir”.

Bu sözləri jurnalistlərlə görüşündə ölkənin keçmiş baş naziri, eks-spiker Xosrov Arutyunyan deyib.

Araik Arutyunyan beynəlxalq axtarışa verilib

Arutyunyanın fikrincə, Ermənistan müxalifəti beynəlxalq oyunçuları bunun əksinə inandıra bilmir. “Həm müxalifəti, həm də hazırkı iqtidarı bu və ya başqa proseslərdə faktor olaraq artıq nəzərə almırlar...”

Yaxşı etirafdır. İş də ondadır ki, əgər Ermənistan həqiqətən sayılıb hörmət edilən ölkələrdən olmaq, düşdüyü dərin böhran bataqlığından çıxmaq istəyirsə, o zaman ilk öncə beynəlxalq hüquqa sayğısını əməldə sübut eləməli, öz qonşularına qarşı əsassız ərazi iddialarından, qlobal güclərin əlində alət olmaqdan və xarici siyasətdə riyakarlıq nümunəsi sayılan “iki stul” taktikasından həmişəlik imtina eləməlidir. O halda Ermənistana heç ordu saxlamaq da gərək olmayacaq. Başqa yol yoxdur, olmayacaq.

Ona qədər erməni xalqının bəlaları da davam edəcək. Ümid edək ki, Brüsseldə gələn həftə - aprelin 6-da Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə planlaşdırılan növbəti yüksək səviyyəli Əliyev-Paşinyan görüşü ilk növbədə bu xüsusda müsbət dönüşlə yadda qalacaq (aprelin ikinci yarısında isə N.Paşinyan Moskvaya səfər edəcək). Erməni rəhbərə Brüsseldə bir daha bəzi mətləbləri anladacaqlar. Bu, Bakı ilə barışıq üçün açılan bəlkə də son şans pəncərəsi olacaq. Ermənistan bu fürsəti ciddi dəyərləndirməlidir. Ona görə ki, barışıq şansları getdikcə tükənir...

Analitik xidmət,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR