İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Zəngəzur dəhlizinə görə peşman olub-İrəvanda dəmir yolları müzakirəsi gedir  

 

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, Razdan-İcevan-Qazax dəmir yolunun Ermənistan hissəsinin bərpasına çəkiləcək xərclər təxminən 500 milyon dollar qiymətləndirilir.

 Musavat.com bununla bağlı erməni mediasına istinadən bildirir. İcevan-Qazax dəmir yolu ilə bağlı qeyd olunub ki, blokun açılmasının bütün istiqamətləri, o cümlədən xərclər müzakirə olunub. İddia edilir ki, ilkin mərhələdə Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu hissəsinin bərpası ilə bağlı razılıq əldə olunub.

Həmçinin qeyd olunur ki, Razdan-Dilican-İcevan-Azərbaycan sərhədi hissəsinin bərpası üçün ilkin xərclər 496 milyon dollar qiymətləndirilir.

Yol kommunikasiyalarının bərpası məsələsinə baxılırmı, sualına nazirlikdən cavab veriblər ki, bütün variantlar müzakirə olunub. Hazırda isə bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır.

Düz bir il əvvəl baş nazirin müavini Mher Qriqoryan bəyan etmişdi ki, Ermənistan və Azərbaycan Rusiya Federasiyasının vasitəçiliyi ilə sovet dövründə fəaliyyət göstərən bütün kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edirlər.

Bir neçə gün sonra “Sputnik Ermənistan”a müsahibəsində Tavuş vilayətinin keçmiş qubernatoru Hayk Çobanyan təsdiq edib ki, Tavuş vasitəsilə Azərbaycanla dəmir yolu əlaqəsinin açılması ilə bağlı işçi müzakirələr aparılır.

Lakin sonradan Ermənistanla Azərbaycan arasında yolların bağlanması ilə bağlı müzakirələrin gündəmində yalnız Zəngəzur bölgəsindən keçən hissə qalıb.

Qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında dəmir yolunun daha bir hissəsinin (Arazdəyən - Culfa - Ordubad - Meğri - Horadiz) bərpasının dəyərinin 226 milyon dollar olduğu açıqlamıb.

Daha əvvəl yazılmışdı ki, Ermənistanda Gümrü-Qars dəmir yolu hissəsinin təmirinə çəkiləcək xərclər təxminən 17 milyon dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Ermənistanın Zəngəzur dəhlizinin açılması təklifinə destruktiv mövqe sərgiləməsindən sonra Azərbaycan İranla anlaşma imzaladı. Bunun ardınca İrəvanın açıqlamaları Ermənistanın peşman olmasından xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR