Onlayn ictimai-siyasi qəzet
Yanvarın 23-25-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN sözçüsü "Facebook"da paylaşım edib.
Ararat Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı barədə Avropa Parlamenti üzvlərinin suallarını cavablandıracaq.
Ararat Mirzoyan Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə də görüşəcək.
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ