Onlayn ictimai-siyasi qəzet
Ermənistan və Avropa İttifaqı (Aİ) rəsmi olaraq müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə məsləhətləşmələrə başlayıb.
Musavat.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. O, keçirdiyi mətbuat konfransında prosesin artıq rəsmən başlandığını bildirib.
“Ermənistan və Aİ rəsmi olaraq təhlükəsizlik və müdafiə sahəsində məsləhətləşmələrə başlayıb,” – deyə Mirzoyan vurğulayıb.
Mirzoyan əlavə edib ki, tərəflər gələcək əməkdaşlıq mexanizmləri, regional sabitlik və təhlükəsizlik məsələlərini müzakirə edirlər. Mütəxəssislər hesab edirlər ki, bu addım Ermənistanın Aİ ilə əlaqələrində yeni mərhələnin əsasını qoya bilər.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ