Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Müdafiə Nazirliyi bir sıra xarici və erməni KİV-lərinin Ermənistanın Ukraynaya raket tədarük edəcəyi ilə bağlı yaydığı məlumatı təkzib edib.
Musavat.com “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
“Bu məlumat həqiqətəuyğun deyil və biz Ermənistan KİV-ni xarici təbliğat mənbələrinin yalan tezislərini yaymamağa çağırırıq”, - deyə Torosyan qeyd edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ