İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Ukraynada müharibədən yayınan Rusiya vətəndaşını deportasiya etdi

Ermənistan Ukraynadakı müharibədə iştirakdan imtina edən Rusiya vətəndaşını ölkədən çıxarıb. 

Musavat.com xəbər verir ki, dekabrın əvvəlində Gümrüdə Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Dmitri Setrakov Rusiyaya gətirilib. Bu barədə “Walk through the Forest” layihəsi məlumat yayıb.

Dmitri Setrakov hazırda Rostov-na-Donu şəhərindədir. Onun həbs olunacağı iddia edilir.

“Biz ümid edirdik ki, məsələnin ictimailəşməsi onun Rusiyaya deportasiyasına imkan verməyəcək. Təəssüf ki, bu nəticə vermədi”, - hüquq müdafiəçiləri bildiriblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR