İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyaya sanksiyalı məhsul çatdırır – Avropa İttifaqı narahatdır  

Avropa İttifaqı Ermənistan və Qazaxıstanın Rusiyaya ixracı qadağan olunmuş bir sıra texnikanın ikili çatdırılmasını təşkil etmələrindən narahatlıq keçirir.

Musavat.com "Bloomberg"-ə istinadən məlumat verir ki, söhbət məişət texnikasından gedir. Avropa İttifaqı Rusiyanın bu texnikaların bəzi hissələrindən hərbi məqsədlərlə istifadə etdiyi qənaətindədir.

“Evrostat”ın məlumatına əsasən, Ermənistan bu ilin yanvar-avqust aylarında Avropa İttifaqından son iki ildəkindən daha çox paltaryuyan maşın idxal edib.

Avqust ayında Qazaxıstan İttifaq ölkələrindən 21,4 milyon dollarlıq paltaryuyan maşın idxal edib. Bu, ötən ilin eyni dövründəki idxaldan 3 dəfə çoxdur.

"Bloomberg" qeyd edir ki, 2022-ci ilin birinci yarısında Avropa İttifaqından hər iki ölkəyə elektrik südsağan aparat ixracında da ciddi artım baş verib. Halbuki hər iki ölkədə doğum sayı 2021-ci ilə nisbətən azalıb.

Qazaxıstan statistika orqanının məlumatlarından aydın olur ki, bu ölkədən Rusiyaya paltaryuyan, soyuduc, elektrik südsağanların ixracı sürətlə artır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR