Onlayn ictimai-siyasi qəzet
İrəvan Moskvaya Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı təklif göndərib, görüş keçirilib, proses davam edir.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan TASS-a müsahibəsində bildirib.
Erməni diplomat Ermənistan parlamentində Vladimir Putinin həbsinə hüquqi əsasların yaradılmasına xidmət edən Roma Statusunun ratifikasiyasına başqa don geyindirməyə çalışıb və “val”ı dəyişib. Xüsusilə də mövqe dəyişikliyinin İrəvandakı mer seçkisi ərəfəsində baş verməsi maraq doğurur. Xatırladaq ki, Rusiyadakı Ermənistan səfiri XİN-ə çağırılmış və ona nota təqdim edilmiş, izahat istənilmişdi.
Bu təzyiqlərin qarşılığında erməni diplomat həyasızcasına iddia edib ki, nizamnamə “Rusiyaya qarşı deyil, Azərbaycan tərəfinin Ermənistan ərazisində törətdiyi hərbi cinayətlərə görə ratifikasiya edilib. Rusiyalı tərəfdaşlar da bunu yaxşı bilirlər”.
Ermənistanın törətdiyi müharibə cinayətlərinin ört-basdır edilməsinə xidmət edən bu həyasız və sərsəm açıqlamanın müəllifi rəsmi İrəvanın sülhü pozan fəaliyyətini də görməzdən gəlib və iddia edib ki, guya Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesində problemlər yaratmaqda davam edir və Xankəndi ilə Bakı arasında dialoqa mane olur. Daha bir həyasız mövqe minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə təhvil veriməsi ilə bağlıdır. Marukyanın sərsəm iddiasına görə, bunun qarşılığında Azərbaycan Ermənistanın “etimad addımı”na təxribatlarla “cavab verir”.
“Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını pozur və Dağlıq Qarabağ əhalisini aclıqdan öldürmək və Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qoymaq üçün Laçın dəhlizini bağlı saxlamaqda davam edir” - səfir sayıqlamalarını davam etdirərək Ağdam-Xankəndi yolunda 20 gündür gözləyən 40 ton unla dolu Azərvaycan maşınlarına da “kor olur”.
Bakını Ermənistanın ərazi bütövlüyünü tanıyan bəyanatlar verməkdən çəkinməkdə, İrəvanın 1975-ci ilin xəritəsini əsas götürmək təklifindən yayınmaqda ittiham edən Marukyan “davamlı sülhə nail olmaq üçün inam bərpa olunmalı, Azərbaycan Ermənistan ərazisindən qoşunlarını çıxarmalı, bütün hərbi əsirləri azad etməli, Laçın dəhlizini açmalı, Xankəndi ilə dialoqa başlamalıdır” - kimi gülünc fikirlərini davam etdirib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ