Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində bu gün “Hraparak” qəzetinin jurnalisti Lusine Şahverdyanla Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında insident baş verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Şahverdyan müsahibə üçün Ermənistanın ədliyyə naziri Srbuhi Qalyana yaxınlaşmaq istəyib. Mühafizəçilər isə onun nazirə yaxınlaşmasına mane olublar.
Onlar başlayan müsahibəni yarımçıq kəsib, bundan sonra əlbəyaxa dava düşüb.
Erməni mətbuatının yazdığına görə, Qalyan bütün bunları görüb və heç nəyə qarışmayıb.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ