İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində deputatlar arasında üzləşmə- Qalmaqal davam edir  

 

Ermənistan parlamentində müxalifyönlü “Hayastan” blokundan olan deputat Mher Saakyanın daxil olduğu insidentlə əlaqədar müxalifətdən olan deputatlarla hakimiyyət nümayəndələri arasında “üzləşmə” olub.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu prosesdə xüsusilə müxalifətdən olan deputatlar Geqam Nazaryan, Artsvik Minasyan və Mher Saakyan iştirak edib. Üzləşməyə parlamentdə qapalı iclasda iştirak edən hakim “Vətəndaş sazişi” partiyasının deputatları da gəliblər.

Xatırladaq ki, Parlamentin Dövlət və Hüquq Məsələləri Komissiyasında qapalı müzakirədə hakim partiyanın deputatı Vladimir Vardanyanla “Hayastan” blokundan olan deputat Mger Saakyan arasında dava düşüb.

Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Saakyanı saxlayıb, daha sonra o, sərbəst buraxılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR