Onlayn ictimai-siyasi qəzet
“Ermənistan parlamentindəki qəbullarda ziyafət prosesi bir nəfərlik prinsiplə - tendersiz təşkil olunur. Bu, Ermənistanın Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyanın verdiyi sərəncamdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Açıq mənbələrdən öyrəndik ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində rəsmi nümayəndə heyətlərinin qəbulu və parlamentin ehtiyacları üçün bir neçə müqavilə bağlanıb. Bu sazişlərin ümumi dəyəri təxminən 9 milyon dramdır (təxminən 23 min ABŞ dolları). Həmin sazişlər Ermənistan parlamenti və “EMBG GROUP”, “De Public”, “Blizzard”, “Paulaner” və “SIMLE DIL” MMC şirkətləri arasında bağlanıb. Müqavilədə “dövlətin ehtiyacları üçün” qeyd olunan 20 q qara kürü kimi diqqətəlayiq alışlar yer alıb. “Blizzard” MMC ilə bağlanmış müqavilə nəticəsində tədarük olunan ərzaq məhsullarından, xüsusən də 20 qram kürüdən nə vaxt və necə itifadə edildiyi barədə parlament tərəfindən rəsmi açıqlama verilməyib”, - deyə yazıda bildirilir.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ