İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusunu formalaşdıra bilmir

Ehtiyatda olan polkovnik: “Əlacları ona qalıb ki, gəncləri maddi maraqla həvəsləndirsinlər”

Ermənistan parlamentinin 7 dekabr iclasında “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər layihəsi son oxunuşda qəbul olunub. Novator.az bildirir ki, layihə müddətli hərbi xidmətin 6 ayını başa vurmuş şəxslərə 5 illik müqaviləli hərbi xidmətə keçmək hüququ verir. 5 ili tamamlayan və ya səhhəti üzündən xidməti yarımçıq qalan hərbi qulluqçu 5 milyon dram (12,6 min ABŞ dolları) fəxri ödəniş alacaq.

Müqaviləli xidmət dövründə attestasiyadan uğurla keçmiş hərbi qulluqçuya əlavə ödəniş nəzərdə tutulur.

Layihəyə əsasən, 5 il başa çatmamış müqaviləli xidmətdən imtina edən şəxslər müddətli hərbi xidmətə qaytarılacaq.

Ermənistanda həqiqi hərbi xidmətin müddəti 2 ildir.

Bəs, 5 illik müqaviləli hərbi xidmətə keçidin səbəbi nədir? Əsgər, hərbçi çatışmazılığı varmı? Müqaviləli hərbi xidmətə keçid Ermənistan ordusunu dirçəldə bilər?

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Rövşən Məhərrəmov

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan ordusu 44 günlük müharibədə diz çökdürülüb və darmadağın vəziyyətini hələ də düzəldə bilmir: “Orduda hərbi xidmət keçməkdən yayınanların sayı kütləvidir. Erməni gənclər hərbi xidmət keçməmək üçün imkanı çatan xaricə qaçır, bunu bacarmayanlar isə ən müxtəlif yollara əl atırlar ki, əsgərliyə aprılmasınlar. Erməni gənclər hərbi xidmətə getməmək üçün özünə xəsarət yetirmək və intihara cəhd etmək kimi üsullara əl atırlar. Məğlub, diz çökdürülmüş orduya inam qalmayıb. Həqiqi hərbi xidməti keçib iki ilini başa vuran heç kim isə hərbidə qalmır. Hər kəs vaxtının başa çatacağı günü gözləyir ki, canını qurtarıb evinə dönsün. Ermənistanda demoqrafik vəziyyət də ağırdır. Bütün bu sadaladığım və digər faktorlar Ermənistan ordusunun komplektləşdirilməsində, şəxsi heyətin formalaşdırılmasında ciddi problemlər yaradıb. Ermənistan ordusunun komplektləşdirilməsini həyata keçirə bilmir. Ordunu ştatlar üzrə şəxsi heyətlə təmin edə bilmirlər. Belə bir vəziyyətin hökm sürməsi Ermənistanın siyasi-hərbi rəhbərliyini narahat edir. Ona görə də insanları hərbi xidmətə cəlb etmək üçün bu cür imtiyazlar verməyə məcbur qalıblar. Əlacları ona qalıb ki, erməni gəncləri maddi maraqla həvəsləndirsinlər və beş il müddətə orduda xidmətə cəlb edə bilsinlər”.

Ekspert qeyd etdi ki, beş il kifayət qədər böyük müddətdir. Bu müddətdə çalışırlar ki, mütəxəssislər hazırlasınlar: “Çünki Ermənistan ordusunda müxtəlif istiqamətlər üzrə mütəxəssis çatışmazlığı da hökm sürür. Ermənistan gələn il üçün hərbi büdcəsini artırıb. İndi isə ”Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanuna dəyişiklik edib müqaviləli hərbi xidmətə keçirlər və 5 illik müqavilə ilə hərbi xidmət keçəcək şəxslərə Ermənistanın durumu ilə müqayisədə yüksək məbləğdə vəsait ayırırlar. Hesab edirlər ki, bununla Ermənistan ordusundakı acınacaqlı vəziyyəti aradan qaldıra və ordunu gücləndirə, professional ordu sistemi yarada biləcəklər. Bu hadisə həm də onu göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Vaxt udmağa çalışmaları da bununla bağlıdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR