İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusu geri çəkilir: "Həmin ərazilər Azərbaycana təhvil veriləcək"

Ermənistan ordusu Azərbaycanla sərhədin Tavuş istiqamətindən geri çəkilir.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, "Hayekve" vətəndaş assosiasiyasının üzvü, siyasi ekspert Avetik Kerobyan orduya sərhəddən geri çəkilmək əmrinin verildiyini iddia edir.

Onun iddiasına görə, Tavuşda hərbçilərə mövqelərindən enmək tapşırığı verilib.

"Onlara deyilib ki, "bu əraziləri tərk edin". Çünki həmin istiqamətdə sərhədin delimitasiyası aparılacaq və müəyyən ərazilər Azərbaycana təhvil veriləcək. Yaxın gələcəkdə Azərbaycan ordusunun Tavuş istiqamətində mövqelərinin irəliləyəcəyinin şahidi olacağıq", - o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR