Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın Konstitusiyasını dəyişib-dəyişməməyimiz bizim daxili işimizdir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbətində “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan deyib.
“Ermənistan Respublikasının Konstitusiyasına düzəlişlər etmək üçün çox subyektlər var. Onlar bəzi hallarda bu düzəlişləri təqdim edə bilər. Bu, şübhəsiz ki, Ermənistanda daxili məsələlərin təşkili və tənzimlənməsi ilə bağlıdır. Bu, heç bir ölkənin tələbləri ilə bağlı ola bilməz, bu, sadəcə olaraq qəbuledilməzdir.
Ermənistanda səsvermə hüququ olan insanların ən azı 25%-i toplaşarsa və bu kütlə səsvermə zamanı 50%-dən çox “lehinə” alarsa, o zaman Ermənistan Konstitusiyasına düzəlişlər edilə bilər. Bu o deməkdir ki, Ermənistan Konstitusiyasını yalnız xalq dəyişəcək”, - deyə Papoyan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ