Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Fransa Ermənistana yüz milyonlarla avro dəyərində silah-sursat satır. Bu barədə Fransanın məşhur “Le Mond” nəşri yazıb. Bildirilib ki, Fransa Ermənistana müxtəlif texnikalar, o cümlədən zenit-raket kompleksləri satır.
Oktyabrın 23-də isə Ermənistanın müdafiə naziri Suren Papikyan Fransada həmkarı Sebastyan Lekornu ilə görüşüb. Nazirlər müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.
Ermənistan Fransadan bu silahları almaqla nəyə hazırlaşır? Fransa bununla Rusiyaya və dünyaya hansı mesajlar verir?
Baş verənlərlə bağlı daha ətraflı hərbi ekspert Elxan Şıxəliyev TV Müsavat-ın efirində danışıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ