Onlayn ictimai-siyasi qəzet
Baza baş redaktoru və prodüserinin nədə
ittiham edildiyi bəlli oldu
Rusiyanın tanınmış Telegram kanalı "Baza"nın baş redaktoru Gleb Trifonov və prodüseri Tatyana Lukyanovaya qrup halında rüşvət vermək ittihamı irəli sürülüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar 12 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, jurnalistlər polis əməkdaşlarından baş vermiş hadisələrlə bağlı məlumatları alır və qarşılığında onlara pul göndərirdilər. Baza əməkdaşları dindirmə zamanı yalnız idman və mədəni tədbirlərlə bağlı məlumatlara görə ödəniş etdiklərini bildiriblər.
Trifonov eyni zamanda “Mutko protiv” adlı idman kanalının da rəhbəridir.
Vəkilinin sözlərinə görə, istintaq tərəfi mediada yayılan qalmaqalın böyüməsinin qarşısını almaq, jurnalistlərə təzyiq göstərmək və hüquqi prosedurlardakı texniki səhvləri ört-basdır etmək üçün prosesi sürətləndirir.
"Baza"-nın məlumatına əsasən, saxlanılma zamanı Trifonova telefon şifrəsini vermədiyi üçün işgəncə ilə hədələndiyi iddia olunur.
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ