Onlayn ictimai-siyasi qəzet
22 iyul günü, internetdə “ekstremist” materialların axtarışına görə cərimələri nəzərdə tutan qanun layihəsi üzrə səsvermədən sonra, Dövlət Dumasının spikeri Vyacheslav Volodin həmkarlarına deputat Mixail Tarasenkonun vəfat etdiyini bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Volodinin sözlərini "BBC-nin Rus Xidməti" sitat gətirir:
“Onun xəstəliyi ağır idi. Xəstəlik üstün gəldi.”
Bu bəyanatdan təxminən yarım saat əvvəl, Tarasenko Dövlət Dumasının rəsmi saytında öz şəxsi kartına əsasən baxılan təkliflərdən birinə səs verib. O gün ümumilikdə 11 səsvermədə iştirak etdiyi göstərilir. Lakin “ekstremist” materialların axtarışına görə cərimələri nəzərdə tutan qalmaqallı qanun layihəsi və daha sonrakı təşəbbüslər üzrə artıq səs verməyib.
Oxşar hallara Dövlət Dumasında əvvəllər də rast gəlinib. Deputatlar izah ediblər ki, xəstələnmiş deputat səsvermə kartını həmkarlarına ötürə bilər ki, onlar onun adına səs verə bilsinlər.
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ